"Bu ideya " Ağ Blok" yaranan müddətdən səslənir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı bildirib.
"Yəni, hələ o zamandan belə təkliflər və fikirlər mövcud idi. Sadəcə olaraq biz öncə blok olaraq seçkidə iştirak edib, öz gücümüzü və imkanlarımızı dəyərləndirməyi düşündük. Mənə elə gəlir ki, biz bu seçkilərdən kifayət qədər uğurla çıxdıq.Yəni həm cəmiyyətə, həm də siyasi arenaya "Ağ Blok"u ciddi bir siyasi struktur kimi təqdim edə bildik".
Tural Abbaslının sözlərinə görə, partiyaya çevrilmək kənardan zənn edildiyi kimi asan bir məsələ deyil: "Burada həm hüquqi, həm də təşkilatı baxımdan görülməli olan çox ağır işlər var və biz bunun məsuliyyətini bilirik. Odur ki, bu məsələlərdə tələskinliyə yol vermək istəmirik. Bu yöndə hazırda bəzi işlər görürük, məsləhətləşmələr və danışıqlar aparırıq. Bir neçə variant üzərində işləyirik. Uyğun bir zamanda və uyğun bir variantda gələcəkdə partiya olmaq niyyətindəyik".
O bildirib ki, əgər "Ağ Blok"u partiyaya çevirsək o zaman məcburuq ki, burada təmsil olunanlar əvvəki partiyalarından istefa versinlər: " Çünki həm Azərbaycan Respublikası qanunvericiliyində , həm də hər bir partiyanın Nizamnaməsində bir şəxsin ancaq bir siyasi partiyanın üzvü olması məcburiyyəti var. Ancaq ümumən götürdükdə bu proseslərin bir az zamana ehtiyacı var. Zaman hər şeyi özü göstərəcək".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB