"Bu gün Rusiya ilə koalisiya yaradaraq Suriyadakı hərbi əməliyyatlarda bu və ya digər formada iştirak edən İran əsasən "Hizbullah" və SEPAH -dan istifadə edir. Yəni rəsmi olaraq ümumi səfərbərlik elan edilməyib. Sadəcə xüsusi təyinatlılardan istifadə edir". Bunu SİA-ya politoloq Arzu Nağıyev İranın Suriyada döyüşməkdən yayınları Vətən xaini elan edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Suriyada hərbi əməliyyatlarda iştirak edən İranın təbii ki, öz maraqları var, bu eyni zamanda məzhəb savaşı kimi də qiymətləndirilə bilər: "Təbii ki, bu da tolerantlıqdan kənar məsələdir. Məhz buna görə də bütün prosesləri dinlə əlaqləndirmək və din pərdəsi altında kiməsə vətən xaini damğası vurmaq kökündən atılan səhv bir addımdır. Yəqin ki, bu, din xadimlərinin fikirləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB