Politoloq Azərbaycanı ləkələmək istəyənlərin CAVABINI VERDİ

Politoloq Azərbaycanı ləkələmək istəyənlərin CAVABINI VERDİ

"Azərbaycanı tolerant və demokratik bir dövlət kimi həzm edə bilməyən bir sıra Qərb dövlətlərinin nümayəndələri, beynəlxalq təşkilatlar və siyasi şərhçilərin iddia dolu ehtimalları özünü doğrultmadı. Buna misal olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu göstərə bilərik". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, Azərbaycanda gedən demokratik prosesləri ləkələmək istəyənlərin səylərinə baxmayaraq Milli Məclisə seçkilər yüksək səviyyədə baş tutdu: "Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izlədi. Seçkilərdə iştirak etməyə səy göstərənlər ABŞ-da keçirilən dinləmələrdən sonra bu missiyadan geri çəkildilər. Səbəb isə xarici havadarlarının diqtəsi ilə işləmək idi. Əksinə olaraq Avropa Şurasının Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, digər beynəlxalq strukturlar və ölkələri təmsil edən çoxsaylı müşahidəçilər seçki prosesini izlədilər və seçkidən sonra öz bəyanatları ilə çıxış etdilər. Belə olduğu halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hansısa fikir söyləməsi əhəmiyyətsizdir. Prezident İlham Əliyev də haqlı olaraq qeyd etdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkəti qəbuledilməzdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə