Mərkəz rəhbəri: "2897188 nəfəri səsvermədə iştirak edib" YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 19:00-a olan son nəticələri açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 19:00-dək seçicilərin 2897188 nəfəri səsvermədə iştirak edib.
Mərkəz rəhbərinin sözlərinə görə, saat 19:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 55,7 faiz təşkil edib: "Ən aktiv ərazi 1 Saylı Şərur-Sədərək Seçki dairəsidir ki, burada 30441 nəfər seçici səsverib. Bu da 79.2% təşkil edir. Ən passiv ərazi isə 30 Saylı Suraxanı birinci Seçki dairəsi olub. Burada 13470 nəfər seçici səsverib ki, bu da 36.1% deməkdir".
R. Gülməmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında 76,4 faiz, Bakıda 51,4 faiz, digər regionlar isə 55,7 faiz təşkil edir: "Ölkə üzrə seçici fəallığı 55,7 faiz təşkil edir".
Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb. Xatırladaq ki, noyabrın 1-də saat 08.00-da başlanan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər saat 19.00-da başa çatıb. 125 seçki dairəsini əhatə edən 5547 seçki məntəqəsində səsvermə keçirilib. Deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb.
Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki prosesinin gedişini 503 beynəlxalq, 66 min yerli müşahidəçi, eləcə də 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 40-dan çox nümayəndəsi izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB