MSK tərəfindən saat 17:00-a olan məlumatlar açıqlanıb

MSK tərəfindən saat 17:00-a olan məlumatlar açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 17:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 17:00-dək seçicilərin 2605948 nəfəri səsvermədə iştirak edib.

Mərkəz rəhbərinin sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 50,1 faiz təşkil edib.

​

Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə