Rufiz Qonaqov: “Xırda qüsurlar nəticələrə təsir etməyəcək” MÜNASİBƏT
"Hazırda "Parlament-2015" seçki Monitorinq Koalisiyası ölkənin 118 seçki dairəsi üzrə 500 müşahidəçi ilə bu gün seçkiləri müşahidə edir. Mən və müşahidəçilər monitorinq aparıb, dairə və məntəqə seçki komissiyalarında yüksək seçici fəallığı müşahidə etdik. Koalisiya bu dairədə hər hansı qanun pozuntusu aşkar edilməyib və seçicilər arasında yüksək əhval-ruhiyyə müşahidə edilib". Bunu SİA-ya açıqlamasında "Parlament-2015" Seçki Monitorinq Koalisiyasının koordinatoru Rufiz Qonaqov söyləyib.
O bildirib ki, hazırda müxtəlif istiqamətlərdə müşahidəçilərdən fotolar və məlumatları alırıq: "Mən də 25 nəfər müşahidəçi ilə birlikdə bu gün Xəzər, Pirallahı və Binəqədi, Yasamal, Nizami rayonunda və Bakının əsas mərkəzi hissələrindəki məntəqələrdə müşahidə apardıq. Müşahidələrimiz nəticəsində gördük ki, seçkilərdə yüksək əhval-ruhiyyə var. Belə ki, müşahidə etdiyimiz müddətdə hər hansı qanun pozuntusu ilə qarşılaşmamışıq. Müxalifətçilərlə də açıq şəkildə söhbət aparmışıq. Hesab edirəm ki, Azərbaycanın tarixində parlament seçkiləri olduqca fəal seçki kimi yadda qalacaq və sona qədər də elə bir ciddi qanun pozuntusu olmayacaq. Düşünürəm ki, xırda qüsurlar nəticələrə təsir etməyəcək. Çünki ciddi fakt aşkarlanmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB