58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində aktivlikdir FOTOLAR - VİDEO
1 noyabr 2015-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərinə 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində səhər saat 08:00 da start verilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, dairənin 3 saylı seçki məntəqəsində açılş ediləndə artıq seçicilər səs vermək üçün məntəqənin qapılarının açılmasını gözləyirdilər.
Seçici fəallığı ilə başlayan seçki tam demokratik və şəffaf şəkildə təşkil edilib. 1, 10 və 11 saylı seçki məntəqələrdində də eyni ab-hava yaşanıb. Xüsusilə, gənclər və yaşlı insanlar səs vermədə fəal iştirak ediblər. Ümumiyyətlə, dairədə qeydə alınan 43 min 910 seçicinin yüksək fəallığı müşahidə olunur.

Qeyd edək ki, 58 saylı dairədə 48 seçki məntəqəsi var. Həmin məntəqələrdən 41 Hacıqabulda, 7-si isə Kürdəmir rayonunda yerləşir. Dairə seçki komissiyasının sədri Məhəmməd Hacıyevin bizə verdiyi məlumata görə, dairədə 10 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 3 nəfər öz namizədliyini geri götürüb. Hazırda 7 nəfər namizəd arasında ciddi mübarizə gedir. Parlament seçkiləri tam obyektiv və ədalətli şəraitdə keçirilir. Seçkilər 8 məntəqədə quraşdırılmış VEB-kamera ilə canlı izlənilir. Bununla yanaşı seçkilərin gedişinə həmçinin 686 nəfər yerli müşahidəçi tərəfindən nəzarət olunur.

Dairədə seçkiyə start verildiyi andan indiyə kimi hələlik hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərində ilk dəfə 747 nəfər səsvermə hüququndan istifadə edəcək.
İqbal Mikayılov






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB