Seçkilərdə aktivlik müşahidə olunur

Seçkilərdə aktivlik müşahidə olunur

14 saylı Xəzər Seçki Dairəsi parlament seçkilərinə seçicilərin fəallığı ilə start verib. SİA-nın məlumatına görə, səhər saat 8.00-da bütün məntəqələr açılıb.

Dairə üzrə 37 məntəqə fəaliyyət göstərir. Ümumi seçicilərin sayı isə 48423 nəfərdir. Dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da seçkilərin tam şəffaf və demokratik keçiriləcəyindən xəbər verir. Bundan başqa dairə üzrə 5 nəfər deputatlığa namizəd qeydə alınıb. Onlardan biri Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizəd, bir nəfəri Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasından namizəd, qalan 3-ü isə bitərəfdir. Məntəqələrdə səsverməni yerli müşahidəçilərlə yanaşı xarici öləkə müşahidəçiləri izləyəcəklər.

Qeyd edək ki, seçki prosesinin başlanmasından keçən müddətdə heç bir narazılıq və ya şikayət qeydə alınmayıb və bütün seçicilərə rahat səsvermə şəraiti yaradılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə