Sədr sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Sədr sosial şəbəkə istifadəçilərinə müraciət etdi

"Bütün məntəqələrdə müşahidəçilərin seçkiləri izləməsi üçün bütün şərait yaradılıb". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Komissiya sədrinin sözlərinə görə, məntəqə seçki komissiyasının fəaliyyətinə müdaxilə etmək qanunvericiliklə qadağandır: "Heç kimə bu səlahiyyət verilmir. Seçkilərə axşam saat 19:00-da yekun vurulacaq. Bu zaman qutular açılaraq seçici bülletenlərinin ssyılmasına başlanılacaq. Bundan sonra həmin sənədlər protokollaşdırılacaq. 09:30-dan sonra məntəqə seçki komissiyaları bütün məlumatları dairə seçki komissiyalarına çatdıracaqlar. 2 gün müddətində isə Seçki Məcəlləsinin tələbinə uyğun olaraq protokollaşdırılma işinə yekun vurulacaq. Bu işlərdə kütləvi informasiya vasitələri mühüm rola malikdirlər. Sizin fəaliyyətiniz heç də MSK-nın fəsliyyətindən az deyil. Çalışın ki, bütün prosesləri tam şəffaflığı ilə ictimaiyyətə çatdırasınız. Sosial şəbəkə istifadəçiləri isə qanunvericiliyin tələblərinə əməl etsinlər. Onlar ölkələrinin taleyinə biganə qalmasınlar. Çalışsınlar hansısa xoşagəlməz və xoşagələn məlumatları bildirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə