Bu gün Azərbaycan Respublikasında Milli Məclisə 5-ci çağırış seçkilər keçirilir. SİA-nın məlumatına görə, bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Məkəzində komissiya sədri Məzahir Pənahov ilk mətbuat konfransını keçirib. Konfransa Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
MSK sədri bildirib ki, Azərbaycanda keçirilən parlament seçkilərində 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb: "Seçkilər həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Şəffaf zeçkilərin keçirilməsi üçün əlverişli şərait yaradılıb. 1000-ə yaxın məntəqədə quraşdırılan veb -kameralar artıq fəaliyyətdədir. Əsas şərtlərdən biri seçkilərin keçirilməsi üçün ölkədə sabilliyin təmin edilməsidir. Əminik ki, seçkilər firəvan şəraitdə keçəcək. İnanırıq ki, hər hansı xoşagəlməz hallar olmayacaq.
M.Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb: "Təqribən hər bir məntəqəyə 6 namizəd düşür. Dairələrdə ən çox 12, ən az 3 namizəd var. Seçicilər üçün geniş seçim imkanı var".
MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya birbaşa, 7 partiya isə "Azadlıq-2015" seçki bloku çərçivəsində iştirak edəcək. Bu həm vətəndaşların, həm də siyasi partiyaların seçkilərə olan yüksək marağının göstəricisidir".
M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11 nəfərdən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər. Gün ərzində 5 dəfə seçkilərin fəalllığı ilə bağlı məlumat verəcəyik. İnanırıq ki, Azərbaycan seçiciləri seçkilərdə fəallıq nümayiş etdirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB