Nəsib Məhəməliyev Balakən gəncləri və qadınları ilə görüşü keçirilib

Nəsib Məhəməliyev Balakən gəncləri və qadınları ilə görüşü keçirilib

109 saylı Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının Seçki Qərargahında rayon gəncləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının Seçki Qərargahının sədri Azad Balayev tədbir iştirakçılarına deputatlığa namizəd haqqında geniş məlumat verib.

Tədbirdə YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sarxan Hacıyev Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğıdan söz açıb.

Çıxış edən digər gənc fəal Əfsanə Molulova hər zamankı kimi YAP-ın zəfər çalacağına inandığını və bütün gənclərin partiyanın vahid namizədinə səs verəcəyini bildirib.

Sonda Milli Məclisə deputatlığa namizəd Nəsib Məhəməliyev bir sira gəncə Yeni Azərbaycan Partiyasının biletlərini təqdim edib.

Təbliğat-təşviqat kapmaniyası çərçivəsində olan digər görüş Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə olub. Balakən qadınları adından çıxış edən YAP Balakən rayon təşkiltı Qadınlar Şurasının sədri Ruqiyyə Seyidova parlament seçkilərində YAP-in namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləyib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə