"Arif Hacılının siyasətdə sonu çatıb" MÜNASİBƏT

"Arif Hacılının siyasətdə sonu çatıb" MÜNASİBƏT

"Parlament seçkilərinə sayılı günlər qalmış Müsavat Partiyasının seçkiyə qatılmayacağına dair verdiyi qərar İsa Qəmbər və Arif Hacılının acınacaqlı durumundan xəbər verir. Bu qərar bir daha onu göstərdi ki, Müsavat yalnız ad olaraq mövcud olan bir partiyadır". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli Müsavat Partiyasının seçkiyə getməyəcəyinə dair verdiyi qərara münasibət bildirərkən deyib.

Sədr müavini qeyd edib ki, Müsavat artıq nə ictimaiyyətdə nə də siyasi arenada nüfuza sahib deyil: "Bu, yalnız düşmüş olduqları vəziyətdən çıxmaq, maddi imkan əldə etmək, mətbuatın gündəmində qalmaqdan ötrü atılmış addımdır. Heç bir platforması, kamandası olmayan siyasi təşkilat hansı uğura imza ata bilər ki? Təbii ki, bunu anlayan Arif Hacılı oyuna son qoymaq niyyətinə düşüb. Bu da partiya daxilində növbəti qarşıdurmaya səbəb olub. Düşünürəm ki, bütün bunlara nəzər salanda bir mənzərə ortaya çıxır. Arif Hacılının siyasətdə sonu çatıb".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə