Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı Suraxanı I Ceçki Dairəsindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan qəsəbə sakinlərilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıb:"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyilə ölkəmizdə çoxsaylı uğurlu nəticələrin əldə olunduğuna diqqət çəkərək bildirib ki, bu nailiyyətlər bütün sferalarda hiss olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasındadır".
Ölkə həyatında ictimai-siyasi önəm daşıyan parlament seçkiləri ərəfəsində olduğumuzu bildirən F.Rəsulov 1 noyabr tarixində Milli Məclisə keçiriləcək parlament seçkilərinin əhali tərəfindən böyük ruh yüksəkliyilə qarşılandığını diqqətə çatdırıb. O, qeyd edib ki, ölkəmizin böyük layihələrə imza atmasında Yeni Azərbaycan Partiyanın da böyük rolu müstəsnadır: "YAP yarandığı gündən etibarən ictimai-siyasi müstəvidə ciddi nailiyyətlər əldə edib, istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində parlaq qələbələrə nail olub. Bu isə, o deməkdir ki, güclü potensiala, yüksək intellektual səviyyəyə malik lider partiya olan YAP-ın xalqın etimadını, inamını qazanıb. Uğurlarımızın davamlı olmasını istəyən hər bir kəsi ümumxalq partiyası olan YAP-ın ətrafında birləşməyə və 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərində "Yeni hədəflərə doğru" gedərək, onun namizədlərinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva növbəti dəfə ona etimad göstərilərək partiya tərəfindən namizədliyi irəli sürüldüyünə görə, Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirib. S.Fətəliyeva YAP-ın nəinki ölkəmizin, eləcə də Cənubi Qafqazın ən böyük və ən mütəşəkkil partiyası olduğunu bildirərək ölkəmizdə alternativsiz siyasi qüvvə olduğunu diqqətə çatdırıb. S.Fətəliyeva Azərbaycanda keçirilən seçkilərdə hər zaman qələbə qazanan YAP-a göstərilən etimadın qarşılıqlı inama, hörmətə və real işə söykəndiyini bildirərək noyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədlərini dəstəkləyən seçicilərin uğurlu inkişafımıza böyük dəstək olan siyasi qüvvəyə növbəti dəfə etimad göstərmiş olacaqlarını vurğulayıb. Sonra o, deputat olduğu müddətdə gördüyü işlərə nəzər salıb, sekçi platforması ətrafında onları məlumatlandırıb. Deputatlığa namizəd Hövsan sakinlərini seçkilərdə daha fəal olmağa, YAP-ın layiqli namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Məzahir Heydərli, Bəylər Məmmədov, Şövkət Xanməmmədova və başqaları bildiriblər ki, növbəti 5 ildə Sevinc Fətəliyevanın Milli Məclisdə təmsil olunması üçün ona etimad göstərərək, xalqın inamını qazanan YAP-ın namizədinə səs vərəcəklərinə qərarlıdırlar. Daha sonra S.Fətəliyeva yaşlı və xəstə olan seçicilərilə evlərində görüşüb, onların problemlərilə maraqlanaraq, suallarını cavablandırıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB