Biznes-forum keçirilib VİDEO

Bu gün "Boulevard Hotel Baku"da Xəzər Avropa Klubu (Caspian European Club) Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə biznes-forum keçirib. SİA-nın məlumatına görə, biznes-forumda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən DGK-nin sədri bildirib ki, ölkə iqtisadiyyatının 9 ayına həsr edilmiş Nazirlər Kabinetinin geniş iclasında Cənab Prezident öz çıxışında Azərbaycan iqtisadiyyatını xüsusi təhlil edib və sahibkarlığın inkişafı ilə bağlı müəyyən dövlət qurumlarına göstəriş verib. Komitə sədri ölkə başçısının sahibkarlığın inkişafı üçün böyük imkanlar yaratdığını qeyd edib.

Qeyd edək ki, biznes-forumun sonunda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə