Rizvan Abbasov: “Mərkəz 60 seçki məntəqəsində “exit poll” keçirəcək” YENİLƏNİB-FOTOLAR- VİDEO
Bu gün "Rəy" Monitorinq Mərkəzi Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə "exit poll" keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, "Rəy" Monitorinq Mərkəzinin "exit poll" keçirilməsi sahəsində geniş təcrübəsi var.
Onun sözlərinə görə, "exit poll"un əsas funksiyası məntəqələrdə seçicilərin rəyini öyənir: "Təbliğatın məqsəd və vəzifəsindən asılı olaraq "exit poll" özü iki növə ayrılır. Bunlardan biri proqnoz xarakterlidir, digəri isə analitik xarakterli "exit poll"dur. Proqnoz xarakterli "exit poll"da əsasən seçicilərin kimə səs verdiyi və seçici fəallığı öyrənilir. Analitiki xarakterli tədqiqatlarda isə daha dərin tədqiqat metodundan istifadə olunur. Burada əsasən seçicinin davranışı öyrənilir. Azərbaycan, Rusiya, Fransa, Çexiya kimi dövlətlərdə sosioloji sorğunun və "exit poll"un nəticələri seşkilər bitdikdən sonra elan olunmasına icazə verilir. ABŞ, Avstraliya kimi dövlətlərin qanunvericiliyində heç bir qadağa qoyulmadığına görə seçki prosesində belə sorğuların keçirilməsi və nəticələrin əldə edilməsinə icazə verilir.
Vurğulanıb ki, Mərkəz bundan əvvəl prezident və parlament seçkilərində də "exit poll" keçirib: "Bu dəfəki seçkiərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində "exit poll" keçirəcək. "Exit poll"un keçirilməsinə 100-dən artıq kadr cəlb ediləcək. Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərir".
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 22-də keçirilən iclasında "Rəy" Monitorinq Mərkəzinin Milli Məclisə seçkilərdə "exit poll" keçirməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB