“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində "Exit-poll" keçirəcək FOTOLAR - VİDEO

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində "Exit-poll" keçirəcək FOTOLAR - VİDEO

Bu gün noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində "exit-poll" keçirəcək "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru İradə Yaqubova mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransının əsas məqsədi təşkilatın 1 noyabr parlament seçkilərində hansı seçki dairələri üzrə "exit-poll" keçirəcəyi, ümumiyyətlə, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin bu sahədə təcrubəsi haqqında məlumat verməkdir.

"Exit-poll"un 118 seçki dairəsində keçiriləcəyini deyən İradə Yaqubova bu prosesə 2600 könüllünun cəlb olunduğunu qeyd edib. İ.Yaqubova bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi artıq "exit-poll" keçirmək üzrə ixtisaslaşıb: "2008-ci ildən başlayaraq bütün seçkilərdə "exit-poll" keçirmişik. Bu ilin noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Naxçıvan Muxtar Respublikası istisna olmaqla "exit-poll" Azərbaycanın bütün rayonlarını əhatə edəcək. Hazırda "exit-poll" keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq".

İradə Yaqubova seçki günü keçiriləcək "exit-poll"la bağlı prosedurlar barədə məlumat verərək qeyd edib ki, "Exit-poll"un nəticələri saat 20:00-a qədər açıqlanacaq: ""Exit-poll" "Trend" İnformasiya Agentliyinin maliyyə və informasiya dəstəyi ilə keçiriləcək. Bununla bağlı "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə "Trend" İnformasiya agentliyi arasında müqavilə imzalanıb və "exit-poll"un təşkili üçün 33 min manat ayrılıb".

Mətbuat konfransı mövzu ətrafında diskusiya ilə başa çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə