"Müsavat və AXCP-ni dərdləri birləşdirir" Açıqlama

"Müsavat və AXCP-ni dərdləri birləşdirir" Açıqlama

"Müsavat və AXCP-nin müttəfiqliyini "ağır günün dostluğu" kimi qiymətləndirmək olar". Bu sözləri SİA-ya Müsavat partiyasının üzvü Tural Abbaslı açıqlamasında deyib. O, Fuad Qəhrəmanlının Müsavatın AXCP ilə birgə çıxış etməsi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

T.Abbaslı bildirib ki, bu qərarın özü müxalifət üçün müsbət hal hesab edilə bilər: "Müsavat və AXCP nəhayət başa düşdülər ki, ambisiyalarla, şəxsi intriqalarla müxalifəti idarə etmək olmaz. Doğrudur, Müsavat ilə AXCP arasında uzun illərdir ki, müəyyən bir rəqabət gedir. Zaman-zaman bu rəqabət özünü çox kəskin formada göstərir".

Onun sözlərinə görə, bu iki partiya bir çox qruplarda birgə təmsil olunub lakin aralarındakı rəqabət gizli və ya açıq şəkildə həmişə davam edib: "İndiki müttəfiqlik böyük ehtimalla siyasi vəziyyətin gətirdiyi nəticədir. Bu müttəfiqliyi "ağır günün dostluğu" kimi də qəbul etmək olar. Arif Hacılının apardığı yanlış siyasət nəticəsində Müsavat daxilində baş verən hadisələr partiyanın zəifləməsinə gətirib çıxardı. Eyni proseslər AXCP-də də baş verir. Əslində bu partiyaları birləşdirən onların dərdləridir".

Bütün xəbərlər Facebook səhifəmizdə