Xətai seçicilərindən Fuad Muradova böyük dəstək VİDEO-FOTOLAR

Xətai seçicilərindən Fuad Muradova böyük dəstək VİDEO-FOTOLAR

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir. Bu günə qədər keçirilən görüşlərin nəticəsi olaraq seçicilər kütləvi görüşə böyük maraq göstəriblər. Hətta görüş üçün nəzərə tutulmuş salonda yer çatışmamazlığı yaranıb və sakinlər ayaq üstə görüşü izləyiblər. Salondan bayırda da sakinlər namizədlə görüşmək üçün toplanıblar. Böyük qələbəliklə müşahidə olunan görüşdə Fuad Muradov seçicilərə dəstəyə görə təşəkkürünü bildirib.

"Bu günlər ərzində demək olar ki, bütün məhəllələrdə oldum. İnsanlarla birbaşa ünsiyyətdə olmaq, onları narahat edən məsələləri özlərindən eşitmək istədim. Bu gün Prezident İlham Əliyevin siyasəti Azərbaycan xalqına, hər bir vətəndaşımızın rifahının yüksəldilməsinə yönəlib. Bizim də məqsədimiz bu siyasəti dəstəkləyərək, bütün səylərimizi bu istiqamətə yönəltməkdir. Mən bu cür yaşayıram, bu mənim amalımdır. Vətənimizi sevən hər bir insanın fikri bu olmalıdır", - deyə F.Muradov seçicilərə müraciət edib.

Seçicilər Fuad Muradovun çıxışını alqışlarla qarşılayıblar. Yüzlərlə sakinin iştirak etdiyi görüşdə bir fikir əsas olaraq vurğulanıb ki, 1 noyabrda Xətai seçicilərinin səsi Fuad Muradovun olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə