İsmayıl Ağayevin seçilmək imkanları artır FOTOLAR

Səfərov Rza onun xeyrinə namizədliyini geri götürüb
İsmayıl Ağayevin seçilmək imkanları artır FOTOLAR

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Səfərov Rza Əli oğlu həmin dairədən deputatlığa namizəd İsmayıl Ağayevin xeyrinə namizədliyini geri götürüb. SİA-nın məlumatına görə, o bildirib: "İsmayıl müəllim 1993-cü ildə mənim komandirim olub. Mən onun şərəfinə, ləyaqətinə, vətənə olan sevgisinə bələd olan insanam. İsmayıl Ağayevlə birləşdim ki, birgə mübarizə aparaq və bu yolda millətimiz, xalqımız, xalqımızı sevən insanlar qazansın. Bu gündən mən öz namizədliyimi İsmayıl müəllimin xeyrinə geri götürürəm. Vətənimizə, xalqımıza, millətimizə xeyirli olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə