İsa Həbibbəyli seçiciləri ilə görüşdü FOTOLAR

YAP-ın namizədi Şərur rayonunun Aşağı və Yuxarı Yaycı, Aşağı və Yuxarı Daşarx, Şahbulaq, Xanlıqlar, Siyaqut və Tənənəm kəndlərində seçicilərlə görüşlərini davam etdirir
İsa Həbibbəyli seçiciləri ilə görüşdü FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, akademik İsa Həbibbəyli deputatlığa namizədliyi qeydə alınmış 2 saylı Şərur Seçki Dairəsinin əhatə etdiyi kəndlərdə görüşlərini davam etdirir.

Deputatlığa namizəd İsa Həbibbəylinin Şərur rayonunun dağlıq ərazisində yerləşən Aşağı və Yuxarı Yaycı, Şahbulaq, Gümüşlü və Tənənəm kəndlərində, Arpaçay boyunu əhatə edən Aşağı və Yuxarı Daşarx, Xanlıqlar, Siyaqut və Ələkli kəndlərində keçirdiyi görüşlərdə seçicilərin fəallığilə diqqəti cəlb edib. Seçicilərlə görüşlər zamanı xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin təntənəsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, ölkəmizdə baş vermiş böyük dəyişikliklərdən geniş bəhs edilir. Seçicilər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük quruculuq proqramlarından, inkişaf səviyyəsindən, kəndlərdəki yaradılmış müasir şəraitdən razı qaldıqlarını bildiriblər. Naxçıvan Muxtar Respublikasında reallaşdırılan kənd mərkəzləri layihələrinin kəndlərə yeni həyat gətirdiyi qeyd olunub. Müstəqillik dövrü Azərbaycan kəndinin yeni simasını müəyyən edən kənd mərkəzləri kompleksinin yaratdığı geniş imkanlardan bəhs edilib. Muxtar respublikada keçirilən aqrar islahatların fonunda Şərur rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəysində görülmüş işlərə xüsusi diqqət yetirilib. Görüşlərdə kənd ziyalıları, sadə zəhmət adamları çıxış edərək ölkəmizin Prezidenti İlham Əliyevin dövlətçilik xəttini ürəkdən bəyəndiklərini bildiriblər.

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq həyata keçirilən böyük quruculuq proseslərindən və bu davamlı prosesin gələcək perspektivlərindən danışıb.

Görüşlər zamanı İsa Həbibbəyli seçicilərin suallarına cavab verib, qaldırılan məsələlərə münasibətini bildirib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə