Nərgiz Xələf: “Dövlət proqramları gənclərin inkişafına xidmət edir” AÇIQLAMA

Nərgiz Xələf: “Dövlət proqramları gənclərin inkişafına xidmət edir” AÇIQLAMA

"Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının hazırlanması gənclərimiz üzərilərinə daha çox məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər gənclər siyasəti ilə bağlı həyata keçirilən bütün dövlət proqramları birbaşa olaraq gənclərin inkişafına xidmət edir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Nərgiz Xələf söyləyib.

N.Xələf bildirib ki, bundan sonra da Azərbaycanın gənclər siyasətinə daxil olan strategiya da buna öz müsbət təsirini göstərəcək: "Son dövrlər Cənab Prezidentin Fərmanları artıq ölkəmizin neft ölkəsi strateqindən çıxaraq insan kapitalının önəmsədiyi bir ölkəyə çevrildiyinin bariz nümunəsini görürük. Bu da biz gəncləri çox sevindirir. Düşünürəm ki, Azərbaycanda bundan sonra gənclər siyasətinə xidmət edən digər strateji proqramlar birbaşa Azərbaycan gənci modelinin daha da inkişaf etməsinə xidmət edəcək. Bizlər də bu strategiyanın uğurlu nəticələnməsində özümüzü kənara çəkməməliyik. Çünki dövlət, gənclər siyasətinə yüksək dərəcədə diqqət yetirir. Biz də öz öhdəmizə düşən işləri layiqincə etməli, intellektual səviyyəmizi artırmalıyıq. İstərdim ki, Azərbaycan gəncləri öz kəşfləri ilə dünyada tanınsınlar. Bu da Azərbaycanın dünyada müsbət imicinin daha da artmasına, möhkəmlənməsinə xidmət edəcək. Əminəm ki, bu strategiyalar Azərbaycan gəncliyinin inkişafında böyük rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə