Siyəzənlilərin seçimi Tahir Süleymanovdur

Siyəzən rayonu Gilgilçay qəsəbəsində Yeni Azərbaycan Partiyasının namizədi seçicilərlə görüş keçirib
Siyəzənlilərin seçimi Tahir Süleymanovdur

Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanovun Siyəzən rayonu Gilgilçay qəsəbəsində və Eynibulaq kəndində seçicilərlə görüşü keçirilib. Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov çıxış edərək seçkilərə hazırlığın vəziyyəti və ölkəmizin ictimai-siyasi durumu barədə məlumat verib. Təşkilat sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini başlıca vəzifə sayıb. Bu gün böyük gücə və ictimai dəstəyə malik olan YAP-ın həyata keçirdiyi siyasətin birmənalı şəkildə vətəndaşların həyat tərzinin yüksəlməsinə xidmət etdiyini bildirən E.Heydərov cəmiyyətin bu güclü təşkilata böyük dayaq olduğunu da seçicilərin diqqətinə çatdırıb: "Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu böyük siyasi kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan düzgün siyasət nəticəsində iqtisadi sahədə böyük uğurlar əldə edib. Bu uğurların davamlı xarakter alacağına əminlik var." E.Heydərov noyabrın 1-də keçiriləcək parlament seçkilərində də vətəndaşların birmənalı şəkildə YAP-ın irəli sürmüş olduğu namizədlərə dəstək olacağına əminliyini ifadə edib.

Seçicilərlə görüşün xüsusi əhəmiyyətinə toxunan Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Süleyman oğlu Süleymanov, bütün rayonlarda olduğu kimi, Siyəzəndə də mövcud hakimiyyət tərəfindən sistemli islahatların həyata keçirildiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən

siyasət respublikamızda sabitliyin möhkəmlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına səbəb olub. Tahir Süleymanov seçicilərin səsini qazanacağı təqdirdə, onlar tərəfindən təklif və tövsiyə olunan məsələlərin həll edilməsi üçün lazımi köməkliklər göstərəcəyini, rayon əhalisinin etimadını doğrultmağa çalışacağını bildirib.

Tədbirdə çıxış edən qəsəbə sakinləri bildiriblər ki, hamılıqla YAP-ın namizədlərinə səs verəcəklər. Çünki YAP-ın namizədləri ən layiqli və Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəkləyən, xalqın rifah halının yaxşılaşdırılmasına nail olan ziyalılardır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə