Hatəm Cabbarlı: “Türkiyə Krım tatarları üzərində təsir imkanlarına sahibdir” AÇIQLAMA

Hatəm Cabbarlı: “Türkiyə Krım tatarları üzərində təsir imkanlarına sahibdir” AÇIQLAMA

"Rusiyanın son günlərdə Suriyaya siyasi və hərbi dəsətəyini artırmasına paralel olaraq bölgədəki silahlı kürd qruplaşmaları ilə əlaqələrini genişləndirməsini müşahidə edirik. Bu da səsəbsiz deyil, Rusiya bölgədə uğurlu nəticə əldə etmək istəyirsə müxtəlif siyasi qruplaşmaları ortaq məxrəcə gətirməlidir. Bu, bölgədə müəyyən qədər sabitliyin saxlanılmasına və Bəşər Əsəd rejimin qorunmasına xidmət edəcək". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

Mərkəz sədrinin sözlərinə görə, Rusiyanın bölgədəki kürd silahlı qruplaşmaları ilə yaxınlaşması birbaşa Türkiyəyə yönələn təhdiddir: "Rusiya hələlik Suriya kürdlərinin Demokratik İttifaq adlı təşkilatı ilə münasibətlər qurmağa və Rusiyada bu təşkilatın nümayəndəliyi açmağa çalışır. Əslində nümayəndəliyin açılıb-açılmaması da şübhəlidir. Bu daha çox Rusiyanın Suriya siyasətinə Türkiyənin baxışı çərçivəsində mümkün ola və yaxud olmaya bilər. Amma bu əlbəttə Türkiyə üçün arzu edilməyən bir hadisədir. Rusiya Krımı ilhaq etdikdən sonra Türkiyə Krım tatarlarını dəstəkləyən ciddi bəyanat vermədi və elə bil bunu qəbul etdi. Amma buna baxmayaraq, Türkiyə Krım tatarları üzərində təsir imkanlarına sahibdir".

H.Cabbarlı əlavə edib ki, əgər Rusiya Suriya kürdlərinin Demokratik İttifaqının Rusiyada nümayəndəliyinin açılmasına razılıq verərsə, Türkiyə Krım tatarlarının da Türkiyədə siyasi təşkilatını rahatlıqla qura və Ukrayna ilə ortaq siyasət həyata keçirə bilər: "Əslində Rusiyasın bu şəkildə Türkiyəyə münasibəti ona siyasi qazanac gətirməyə bilər. Rusiya istəsə də bölgədəki bütün kürd qruplaşmaları ilə səmimi münasibət qurması çətin məsələdir. Bu baxımdan Rusiyanın kürdlərə yeni müstəvidə yanaşması bölgənin təhlükəsizliyinə ciddi təsir edəcəyini zənn etmirəm. Ayrı-ayrı hallarda Rusiya nəsə əldə edə bilər, amma bunun mütəmadi olması imkansızdır".

Bütün xəbərlər Facebook səhifəmizdə