YAP-ın namizədi Yalama və Ləcət kənd seçiciləri ilə görüş keçirdi FOTOLAR

YAP-ın namizədi Yalama və Ləcət kənd seçiciləri ilə görüş keçirdi FOTOLAR

YAP Mərkəzi Seçki Qərargahı Xaçmaz rayon şöbəsi 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən yenidən namizədliyi YAP tərəfindən irəli sürülmüş Milli Məclisin üzvü Əliyev İlham Əli Səftər oğlu ilə Yalama və Ləcət kənd seçicilərinin görüşü keçirildi. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə qərargahın sədri Nazim Ağayev açaraq ölkəmizin qanunverici orqanı olan Parlament seçkiləri haqqında danışıb.

N.Ağayev çıxış edərək İlham Əli Səfət oğlu Əliyevin seçildiyi 5 il ərzində seçiciləri ilə keçirdiyi görüşlər barədə seçicilərin müraciətlərinə diqqətlə yanaşdığından, yüksək bal toplayan ali məktəblərə qəbul olmuş tələbələrə köməklik göstərməsindən, bütün tədbirlərdə seçicilərinin yanında olmasından, rayon ərazisində onun təşəbbüsü ilə həyata keçirilmiş müxtəlif layihələr barədə məlumat verib. Görüşdə Dəstə nənə Səmədova, Solmaz Ədilova, Tamara Əmirbəyova, Tahir Ramazanov, Əzizbəy Zahidov, Elmira Hacıbəyova və başqaları çıxış edərək İlham Əli Səftər oğlu Əliyevin Deputat olduğu müddət ərzində gördüyü işlərdən, dövlətimizin gənclərə olan qayğısından növbəti 5 ildə də Yeni Azərbaycan Partiyasının ikinci dəfə namizədi olan seçicilərinin etimadını doğrultmuş həmişə seçiciləri ilə birgə olan onların qayğıları ilə maraqlanan İlham Əli Səftər oğlu Əliyevin yeidən seçilməsi üçün seçicilərə çağırış ediblər.

YAP-ın namizədi olan İlham Əli Səftər oğlu Əliyev seçiciləri qarşısında çıxış edərək keçən 5 ildə gördüyü işlərdən növbəti illər üçün platformasından danışmış, sonda seçicilərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə