Səbuhi Aslanbəyli: “Əli Kərimlidən fərqli olaraq, biz həbsdə olan adamlardan siyasi divident kimi istifadə etmirik”
AXCP EQTK-dən Seymur Həzi MESAJI

"Demək olar ki, AXCP-nin bütün şöbələrindən bizə qoşulanlar olub". Bu fikirləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin (EQTK) sədr müavini Səbuhi Aslanbəyli partiyanın nə qədər rayon şöbəsinin Əli Kərimli qanadı tərəfində qaldığına münasibətini bildirərkən deyib.

Sədr müavininin sözlərinə görə, həmin şöbələr tam heyətlə AXCP EQTK-ya transfer olmasalar da, onların çox qismi məhz Razi Nurullayevin ətrafında birləşiblər: "Düşünürəm ki, yerdə qalan az qismi də tezliklə haqlı olan tərəfə - bizə dəskət verəcəklər".

Səbuhi Aslanbəyli hələ də Əli Kərimlinin qoçu dəstələrinin onlarla təhdid dilində danışdıqlarını, təhqir etdiklərini deyərək, hətta bəzi tərəfdaşlarını pulla ələ almağa cəhd göstərdiklərini deyib: "Təhdidlər davam edir. Həm telefon zəngləri, həm evlərə gedilərək, həm də böyük pullar vəd etməklə. Bu gün bu hadisələrin baş verməsi bizi çox məyus edir. Ancaq qarşı tərəf təbii ki, cavablarını alacaqlar".

AXCP EQTK-nin sədr müavini həbsdə olan Seymur Həzinin onların qurultayına dəstək məktubu göndərməsi məsələsinə də aydınlıq gətirərək deyib ki, onun Razi Nurullayevə dəstək göstərməsi haqqında özü fikir bildirsə daha yaxşı olar. Hesab edirəm ki, bu barədə yaxınlarda hər şey məlum olacaq. Onu da deyim ki, Seymur bəy bizim dostumuzdur və Əli Kərimlidən fərqli olaraq, biz həbsdə olan adamlardan siyasi divident kimi istifadə etmək fikrində deyilik. Biz mübarizəmizi qarşı tərəf kimi arxadanzərbə vurmaqla deyil, kişi kimi aparırıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə