Cəmil Həsənli özünü biabır etdi FAKT!

Cəmil Həsənli özünü biabır etdi FAKT!

Milli Şuranın sədri Cəmil Həsənli "deputat seçiləcək" şəxslərin siyahısını açıqlayıb. Əsl mərəkə də bundan sonra qopub. Əslində atdığı addımın gülünc olduğunu C.Həsənli özü bilsə də, biabırçı əməllərini bir az da davam etdirib. Belə ki, C.Həsənlinin "siyahısında" 27 saylı ikinci Sabunçu seçki dairəsindən Əliyev Fuad Ağası oğlunun adı göstərilib. SİA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, adıçəkilən dairədən yeddi namizəd qeydə alınıb ki, onların arasında Əliyev Fuad Ağası oğlu adlı şəxsin adı ümumiyyətlə yoxdur. Yəqin ki, C.Həsənli Azərbaycanda deputatları xalqın seçdiyini ya başa düşmür, ya da ki, vaxtilə hazırladığı "kölgə kabineti" kimi növbəti bir siyahını ortaya qoymaqla kiminsə "xoşuna gəlmək" istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə