ABŞ səfiri: "Təmas xəttindəki gərginlikdən narahatıq" AÇIQLAMA

ABŞ səfiri: "Təmas xəttindəki gərginlikdən narahatıq" AÇIQLAMA

"Biz təmas xəttində gərginliyin artması hallarından narahatıq. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik, onun rusiyalı və fransalı həmkarları bu məsələ ilə məşğul olurlar". SİA-nın xəbərinə görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, onlar vəziyyəti dəyişmək üçün tərəflərlə geri addım atılması məsələsini müzakirə edirlər: "Biz bu münaqişəni "dondurulmuş" münaqişə kimi görmürük. Əgər orada insan ölümü varsa, bu, "dondurulmuş" münaqişə deyil. Məsələnin sülh yolu ilə həlli üçün biz tərəflərlə danışıqlar aparırıq. Bu baxımdan da hesab edirəm ki, bütün tərəflər gərginliyin azalması və münaqişənin həll yolunun tapılması üçün addımlar atmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə