“Beynəlxalq qüvvələr Azərbaycan torpaqlarına girməməlidirlər" AÇIQLAMA
"Rusiyanın Xəzər dənizi vasitəsilə Suriyanı bombalaması xoşagələn hal deyil". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseyni söyləyib.
Politoloq bildirib ki, Azərbaycanla-Rusiya arasında əlaqələr normaldır və bu münasibətlər getdikcə daha yüksələn xətt üzrə inkişaf edir: "Belə bir məlumat yayılıb ki, 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib. Bunların da hər biri İran ərazisinə düşüb. Həm də Rusiyanın Suriyaya raket atması üçün ən münasib yer Aralıq dənizidir. Rusiya Aralıq dənizini qoyub, gəlib Azərbaycan sahillərindən raket atmaz. Bu Azərbaycanı da Suriyaya qarşı olan cəbhəyə qoşmaq kimi də dəyərləndirmək olar. Ümumiyyətlə müharibələr, beynəlxalq münaqişələr bizdən nə qədər uzaq olsa, bu, Azərbaycan üçün daha yaxşıdır. Bir sözlə beynəlxalq qüvvələr Azərbaycan torpaqlarına girməməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB