Politoloq: “Ukraynaya edilən yardımlar xilas yolu deyil” AÇIQLAMA
"Ümumiyyətlə Ukraynadakı gərginlik, Rusiya-Qərb qarşıdurmasının nəticəsində meydana gəlib. Qərb, xüsusilə də ABŞ Rusiyanı bütün post-Sovet məkanından sıxışdırıb çıxarmaq istəyir. Məhz bu səbəbdən də ABŞ Ukraynanı Rusiyaya qarşı bir müharibə meydanına çevirib". Bunu SİA-ya Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, bu gün Ukraynada yaşanan hadisələr onu göstərir ki, Qərbin, ABŞ-ın Ukraynaya etdiyi yardımlar heç də xilas yolu deyil: "Bu yalnız Qərblə Rusiya arasında olan gərginliyin nəticəsidir. ABŞ post-Sovet məkanında təsir dairəsini artırmağa çalışır. Bu gün Ukrayna Avropaya daha yaxındır. Necə ki, bu gün Yaxın Şərqdə baş verənlərin acısını Qərb özü çəkir, eləcə də Ukraynada baş verən hadisələr də Qərbə daha çox acı çəkməyə vadar edə bilər. Əsas məsələ ondan ibarətdir ki, bu gün bu gərginliyi Qərb qoruyub saxlasın. Çünki Rusiyaya olan qarşıdurmada rəsmi Moskvanı mümkün qədər post-Sovet məkanından sıxışdırıb çıxarsın. Amma Ukrayna Qərbdən çox Rusiyaya daha yaxındır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB