Vaqif Abışov: “Tural Abbaslı öz düşüncəsi ilə hərəkət edib” AÇIQLAMA

Vaqif Abışov: “Tural Abbaslı öz düşüncəsi ilə hərəkət edib” AÇIQLAMA

"Hər bir insan Azərbaycan qanunlarına görə azaddır və sərbəst şəkildə öz namizədliyini irəli sürə bilər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov Tural Abbaslının namizədliyinin "Ağ blok"dan irəli sürülməsinin Müsavat daxilində yarada biləcək hər hansı bir gərginliyə münasibət bildirərkən deyib.

BAXCP rəsmisinin sözlərinə görə, Azərbaycanda noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bir çox məqamlar həm müxalifət, həm də namizədlər tərəfindən aydınlaşdı: "Hər halda Tural Abbaslının namizədliyinin "Ağ blok"dan irəli sürülməsinin Müsavat daxilində gərginlik yaradacağı ilə bağlı nə Müsavat partiyasının və "Azadlığ"ın elə bir qərarı yoxdur. Hər bir insan Azərbaycan qanunlarına görə azaddır və sərbəst şəkildə öz namizədliyini irəli sürə bilər. Tural Abbaslı də Azərbaycan qanunlarına uyğun olaraq və öz düşüncəsi ilə "Ağ blok"dan öz namizədliyini irəli sürüb".

Bütün xəbərlər Facebook səhifəmizdə