Ermənistan parlamentinin "İrs" fraksiyasından olan müxalifətyönlü deputatı Zarui Bostancyan qanunverici orqandakı çıxışı zamanı ölkə vətəndaşlarına konstitusiya islahatları aparılmasına qarşı etiraz etməyə çağırış edib. SİA "armtoday"a istinadən xəbər verir ki, deputat islahatların xalqın rifahına deyil, Sarksyanın hakimiyyətdə qalmasına hesablanmış görüntü olduğunu deyib: "Baxın, məhz ounn hakimiyyəti dövründə ölkəni 0,5 milyon insan tərk edib və bu rəqəm sürətlə artır. Ancaq bu da ona bəs etmədi və düşünür ki, əgər hakimiyyətinin ömrünü uzadarsa, Ermənistanda "yaşayan" xalq öz gələcəyinə olan ümidlərini itirəcək. Ona da məhz bu lazımdır".
Bostancyan parlament tribunasından xalq müraciət edərək, xalqı birləşmiş şəkildə dövlət strukturlarına qarşı çıxmağa və itaətsizliyə çağırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB