Ukrayna, Rusiya və Avropa təmsilçiləri Ukraynanın şərqindən tankların və digər silahların geri çəkilməsi ilə bağlı razılaşma əldə ediblər. Ukraynanın müdafiə naziri Stepan Poltorak mətbuat konfransında bildirib ki, Ukrayna hökuməti 2 gün ərzində Minsk-2 razılaşmasına görə sərhəd xəttində yerləşən tank və digər ağır silahları geri çəkəcək.
Bu məsələni SİA-ya şərh edən siyasi ekspert Mübariz Əhmədoğlu bildirib ki, yaxın müddətdə həmin müqavilənin reallaşacağı gözlənilmir: "Minsk-2 müqaviləsinə görə Donbasda istifadə olunan silahlar hər iki tərəfdən geri çəkilməli idi. Bu son 3-4 ay ərzində əldə olunan razılaşmanın bir hissəsi idi. Amma indi vəziyyət dəyişib. Həmin müqavilənin yaxın vaxtlarda reallaşacağı gözlənilmir".
Politoloqun fikrincə yaxın zamanda bölgədəki gərginlik yenidən artacaq: "Belə ki, ABŞ Ukraynanı silahlandıracaq və çalışacaq ki, Ukrayna ilə Rusiya arasındakı vəziyyət yenidən müharibə həddinə gəlib çatsın. Yaxın Şərqdəki məsələlər ABŞ-ın nəzarətindən çıxıb və buna görə də o, Ukraynadakı vəziyyəti gərginləşdirməklə Rusiyaya əlavə problem çıxartmağa çalışır. Rusiya qəflətən Suriyadakı hərbi vəziyyəti öz xeyrinə dəyişə və daha üstün mövqeyə keçə bildi. Rusiya artıq heç vaxt Suriyadan çıxmayacaq. İndi ABŞ Ukraynadakı hərbi vəziyyəti gərginləşdirməyə çalışır. Bütün bunları nəzərdən keçirdikdə yaxın zamanda müqavilənin hər hansı bir bəhanə ilə pozulacağını və reallaşmayacağını proqnozlaşdırıram".
Qeyd edək ki, son məlumata görə Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə bağlı Fransa prezidenti Fransua Olland ilə görüşüb. Fransa prezidenti Olland görüşdən narazı ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB