“Azərbaycanda mənzilsiz zabit qalmayacaq” AÇIQLAMA

“Azərbaycanda mənzilsiz zabit qalmayacaq” AÇIQLAMA

"Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman zabitlərə diqqət və qayğı göstərib. Azərbaycanda zabitlərə mənzillərin verilməsi prosesi həmişə olub. Son günlərdə də cənab Prezident 20 ildən artıq qüsursuz xidmət edən zabitlərin mənzillərlə təmin edilməsi barədə xüsusi fərman imzaladı. Bu proses davam edir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Hərbi eskpertin sözlərinə görə, qısa zamanda Azərbaycanda mənzilsiz zabit qalmayacaq: "Bütün hərbi qulluqçular, gizirlər, zabitlər, müddətdən artıq hərbi qulluqçular mənzillə təmin ediləcək. Təbii ki, bu, zabitlərdə və onların ailələrində çox böyük əhval-ruhiyyə yaradır. Bütün bunlar dövlətin birbaşa onlara qayğısının bariz nümunəsidir. Bir sözlə atılan bu addımlar xidmətə böyük inam yaradır. Bildiyiniz kimi, son zamanlar hərbi məktəblərə qəbul olmaq istəyən gənclərin sayı artıb. Bütün bunlar sonda torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaq. Silahlı Qüvvələrimizin silah-sursatının yüksək səviyyədə olması, peşəkar hərbi qulluqçuların olması və onların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan ordusunu güclü və məğlubedilməz edir".

Bütün xəbərlər Facebook səhifəmizdə