"Bu gün Ermənistan Azərbaycanın hərbi əməliyyata başlamasından ehtiyat edir və müxtəlif yollarla ölkəmizi bu fikrindən daşındırmağa çalışır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Şuşanı işğal edən erməni generalı Arkadi Ter-Tedevosyanın Azərbaycanla bağlı iddialarına münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, rəsmi İrəvan Avropanın, Fransanın, ABŞ-ın vasitəsilə Azərbaycana təsir etməyə çalışır: "Onlar bunu dəfələrlə bildiriblər. BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edən Sarkisyan özü də bildirdi ki, cəbhə bölgəsində vəziyyət gərgindir və hər an müharibə başalaya bilər. İndi də Sarkisyanın və erməni generalın dilindən fikirlər səsləndirilir ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlayarsa, Ermənistan neft boru kəmərlərini, dəmir yolunu vura bilər.
Bildiyiniz kimi, ermənilər tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə təhlükə var. Çünki həmin xətt Gürcüstan ərazisindən keçir. Onlar bu cür hədələrlə Azərbaycanı müharibədən çəkindirməyə çalışırlar. Güman edirəm ki, Ermənistan bu cür addım atmağa heç vaxt cəsarət edə bilməz. Bu, yalnız Rusiyanın sifarişi ilə həyata keçə bilər. Başqa halda mümkün deyil. Ermənistan həddindən artıq kiçik və gücsüz bir dövlətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB