"Ermənistan prezidenti Serj Sarkisyanın son zamanlar Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistanın bir parçası kimi göstərməsi nə siyasi, nə də hüquqi olaraq məntiqlidir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.
Sədrin sözlərinə görə, Serj Sarkisyanın bunu vurğulaması daha çox Ermənistan ictimai rəyinə yönəlik olması prosesini ortaya çıxarır: "Son zamanlar cəbhə xəttində atəşkəsin Ermənistan hərbiçiləri tərəfindən mütəmadi olaraq pozulması əslində Azərbaycandan daha çox yenə erməni ictimai rəyinə yönəlikdir. Burada Ermənistan hakimiyyəti erməni ictimai rəyinin diqqətinə çatdırmaq istəyir ki, baxın, biz hakimiyyətdəyik və hələlik təhlükəsizliyi təmin edə bilmirik. Əgər biz hakimiyyətdən gedəriksə və ya uzaqlaşdırılarıqsa, bu zaman Ermənistanda mitinq və nümayişlərin sayı artır. Bu baxımdan da Sarkisyan ictimaiyyətə xəbərdarlıq edir. Ümumiyyətlə Sarkisyanın söylədikləri heç bir məntiqə sığmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB