"ATƏT PA-nın Azərbaycana qarşı məlum münasibəti birinci dəfə deyil. Biz əvvəlllər də bu cür qərəzlə üzləşmişik". Sözügedən fikirləri SİA-ya Milli Məclisin deputatı Rövşən Rzayev ATƏT PA-nın qərəzli qətnaməsinə münasibətini bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, istər Parlament Assambleyasının prezidenti, istərsə də qətnaməyə imza atan avropalı parlamentarilərin bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəkləri barədə səsləndirdikləri fikirlər ölkəmizdə mövcud olan seçki əhval-ruhiyyəsinə qətiyyən təsir göstərməyəcək: "O cümlədən, ATƏT rəsmisinin onların ənənəvi tərəfdaşı olan Demokratik Təəsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçilərinin sayının məhdudlaşdırılması barədə də irəli sürdükləri fikirləri əslində bu qurumun Azərbaycana qarşı sərgilədiyi qərəzin aşkar nümunəsidir. Ümumiyyətlə, bu dairələrin məqsədlərinin haraya söykəndiyini biz yaxşı bilirik. Məsələn, sirr deyil ki, bu gün erməni lobbisinin Avropa qurumlarına müəyyən təsir imkanlar var. Əbəs yerə deyil ki, orada həmin qətnaməyə imza atan deputatların əksəriyyəti qondarma "erməni soyqırımı"nı tanıdıqlarını bildiriblər. Bu baxımdan, ortada ikili standartlardan əlavə, aşkar qərəzin olması şübhəsizdir".
Rövşən Rzayev həmçinin bildirib ki, parlament seçkiləri ərəfəsində müstəqil siyasət yürüdən Azərbaycan hakimiyyətinə qarşı təzyiq dili ilə danışmağa cəhd edən bu dairələr elə bilirlər ki, bununla maraqlarını təmin edə biləcəklər: "Ancaq yanılırlar. Azərbaycan xalqı, ictmai rəy nəyin necə olduğunu yaxşı bilir. Seçkilər tam demokratik şəkildə keçiriləcək və hər kəs bundan əmindir. Məgər bunlar seçkiləri müşahidə etməsələr, seçkilər baş tutmayacaq? Yaxşı olardı ki, ATƏT PA hazırda Avropa ölkələrində baş verən qanunsuzluqlar, irqçilik faktoru, ksenofobiyanın artması, insan haqlarının pozlulması barədə düşünüb, çxış yolu tapsın. Parlamentlərində korrupsiya yolu ilə seçilən adamları ifşa etsinlər. Məgər bizdə onlar haqqında faktlar azdırmı?!".
Millət vəkili son olaraq bildirib ki, əslində, Azərbaycan Avropaya lazım olan mühüm ölkədir, Azərbaycana isə belə Avropa ümumiyyətlə, lazım deyil: "Görünür onlar da Azərbaycanda yürüdülən müstəqil siyasətin və qətiyyətin sərt tərəfini görməli olacaqlar. Hər halda avropalı bəzi parlamentarilər nə qədər qərəzə yol verdiklərinin fərqinə varmalıdırlar. Bunu isə biz deyil, eləcə də Avropada fəaliyyət göstərən və hadisələrə doğru qiymət verməyi bacaran digər avropalı deputatlar da bildirirlər. Yəni bütün bunları götürdükdə, ATƏT PA-nın cəmi-cümlətanı 20 dəqiqəyə qabaqcadan hazırlanmş qərəzli qətnaməni "səsə qoyub" qəbul etmələri onlara heç bir başıucalığ gətirməyəcək. Onlar bununla özlərini ifaş ediblər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB