Mais Səfərli: "Onların nəticələri uğurlu olmayacaq" AÇIQLAMA

Mais Səfərli: "Onların nəticələri uğurlu olmayacaq" AÇIQLAMA

"Azadlıq-2015" seçki blokunda ixtilaflar yaranıb. Klassik Xalq Cəbhəsi Partiyası baykot, AMİP isə seçkilərdə iştirak etməyin tərəfdarıdır". Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli söyləyib.

Partiya sədri bildirib ki, qurumların seçkilərə qədər dağılmaq ehtimalı meydana gəlir. Lakin bu cür fikirlərin reallaşması inandırıcı deyil: "Sözügedən blok şərti bir blok idi. Onlar arasında heç bir zaman normal münasibət olmayıb və çalışıblar ki, seçki bloku yaratsınlar. Düşünürəm ki, əvvəlki blokların taleyini yenə də yaşayacaqlar. Onların nəticələri heç də uğurlu olmayacaq. Hesab edirəm ki, seçkilərdən sonra da hər hansı münaqişə olmayacaq. Çünki Azərbaycanda stabillik mövcuddur və hüquq-mühafizə orqanlarımız belə qüvvələrin qarşısını almağa qadirdir".

Bütün xəbərlər Facebook səhifəmizdə