Nəsimi Paşayev: “Stansiyada heç bir intihar hadisəsi olmayıb” EKSKLÜZİV
"Bu gün "Bakı Metropoliteni"nin "N.Nərimanov" stansiyasında intihara cəhd hadisəsi ilə bağlı yayılan məlumatlar yanlışdır". Bunu SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni"nin "N.Nərimanov" stansiyasında orta yaşlı kişi sadəcə olaraq müvazinətini itirərək yerə yıxılıb: "Həmin hadisə baş verərkən isə stansiyada qatar olmayıb. Dərhal əməkdaşlarımız tərəfindən də ona kömək olunub. Başqa orada heç bir intihara cəhddən söhbət gedə bilməz".
Qeyd edək ki, bu gün mətbuatda "Bakı Metropoliteni"nin "N.Nərimanov stansiyasında intihara cəhd hadisəsi ilə bağlı məlumat yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB