"Azərbaycan öz xeyrinə olan məsələlərdə danışıqlar masasına oturacaq" AÇIQLAMA
"Azərbaycan yalnız öz xeyrinə olan məsələlərdə danışıqlar masasına oturacaq". Bu sözləri SİA-ya millət vəkili Çingiz Qənizadə Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların fəallaşması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə hazırda hansısa formada danışıqlar gedir və Azərbaycanın maraqları qorunmaqla təkliflər irəli sürülür: "Son vaxtlar bu istiqamətdə aparılan siyasət Dağlıq Qarabağ məsələsində Azərbaycanın və beynəlxalq hüquq prinsiplərinin xeyrinə irəliləyişin olacağına ümid verir.
Azərbaycan ermənilər tərəfindən atəşkəs rejiminin pozulması hallarına qətiyyətli və daha güclü zərbələr endirir və bu da Ermənistanda daha güclü xaos yaradır. Bu baxımdan uduzacağını dərk edən Ermənistan haqsız iradlarından əl çəkməyə borcludur".
Çingiz Qənizadə bildirib ki, son vaxtlar Rusiya da bu istiqamətdə xeyli aktivləşib: "Rusiya rəsmilərinin tez-tez Bakıya gəlməsi də danışıqların tərkib hissəsinə aiddir. Təbii ki, bu barədə rəsmi qurumlar tərəfindən açıqlama verilməyənə qədər biz fərziyyələr üzərində fikir yürüdə bilmərik. Lakin bu bir həqiqətdir ki, Azərbaycan yalnız öz xeyrinə olan məsələlərdə danışıqlar masasına oturacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB