Mübariz Əhmədoğlu: “Bu, Obama üçün son şansdır” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Bu, Obama üçün son şansdır” AÇIQLAMA

"ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə ilk növbədə Suriya məsələsi müzakirə olunacaq". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Rusiya Suriya ilə bağlı öz mövqeyini ABŞ-a, eləcə də bütün Qərb dövlətlərinə qəbul etdirmək ərəfəsindədir: "Bu, Rusiyanın çox ciddi uğurudur. Amma B.Obama bu görüşdə çalışacaq ki, Putini Suriya ilə bağlı siyasətindən (Bəşər Əsədə dəstək vermək) çəkindirsin. Obama çalışacaq ki, ABŞ-ın, bütövlükdə Qərbin Suriya siyasətini əvvəlki qaydada bərpa etsin. Bu, Barak Obama üçün son şansdır. Düşünürəm ki, son anda Obama da Suriya ilə bağlı Putinin mövqeyini qəbul edəcək. Bununla belə, hiss olunur ki, ABŞ Ukrayna ilə bağlı məsələni yenidən kəskinləşdirib. Beləki Amerika əvvəl razılaşdığı məsələlərlə indi razılşamır. Məsələn, rəsmi Vaşinqton Donbaskda seçkilərin keçirilməsinə razılaşmışdı amma indi qeyd edirdi ki, orada seçkiləri Kiyev təşkil edir və əlavə orada seçkilərə ehtiyac yoxdur.

Ümumiyyətlə ABŞ, Rusiyanın Suriya siyasətindəki uğurun Ukrayna siyasətində yeni bir cəza mexanizmi ortalığa qoymaqla neytrallaşdırmaq istəyir. Əsas Suriya və Ukrayna məsələsinin müzakirə olunması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə