Elmar Məmmədyarov həmsədrlərin açıqlamasını şərh etdi

Elmar Məmmədyarov həmsədrlərin açıqlamasını şərh etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edib. XİN-dən SİA-ya verilən məlumata görə, nazir deyib ki, insidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin: " Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir. Qeyd edilən "insidentlərin" baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur".

Bütün xəbərlər Facebook səhifəmizdə