"Görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə oluna bilər" AÇIQLAMA

"Görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə oluna bilər" AÇIQLAMA

"Prinsipial fikir ayrılıqlarına çıxaran məsəllərdən çox iqtisadi məsələlərə yer verəcəklər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, səfərin əsas məqsədi yeni məscidin açılışı ilə bağlıdır: "Bu məscidin ərsəyə gəlməsində həm maddi, həm də mənəvi cəhətdən Türkiyənin çox böyük dəstəyi olub. Məhz buna görə də, Ərdoğanı da bu məscidin açılışda iştirak etməyə çağırıblar. Qısacası bu səfər tədbirlə birbaşa tədbirlə əlaqəlidir".

Onun sözlərinə görə, səfər ərəfəsində prezident Ərdoğanla Putin arasında görüş olacağı da istisna edilmir: "Artıq bu məlumatla bağlı müəyyən şəklində informasiyalar yayılmağa başlayıb. Ola bilsin ki, görüş zamanı Dağlıq Qarabağla və Cənubi Qafqazdakı proseslərlə bağlı hər iki prezident tərəfindən müəyyən danışıqlar həyata keçirilsin. Lakin əsas müzakirə obyekti Suriya və Ukrayna məsələləri olacaq.

Digər tərəfdən Rusiya və Türkiyə hazırda daha çox iqtisadi məsələlər üzrə ortaq mövqeli qərarlara gəlməyə çalışırlar. Ən əsas da enerji məsələləri, qazın qiyməti, iqtisadi və ticari layihələrin dövriyyəsinin artma məsələsi müzakirə olunacaq. Yəni prinsipial fikir ayrılıqlarına çıxaran məsəllərdən çox iqtisadi məsələlərə yer verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə