Razi Nurullayev: “Əli Kərimlini heç nə xilas edə bilməyəcək” AÇIQLAMA
"Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin qurultay keçirməsi onları xilas edə bilməyəcək. Bir çıxış yolu var. O da, Əli Kərimlinin sədrlikdən getməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bildirib.
Razi Nurullayev qeyd edib ki, Əli Kərimli yenə də özünü sədr təyin etsə onda problemlər daha da dərinləşəcək: "Optimal çıxış yolu onun istefaya getməsidir. İstənilən halda, Əli Kərimli başa düşməlidir ki, ictimai rəy də artıq onu qəbul etmir. Bu şəkildə inadkarlıq onun siyasi sonunu da çox yaxınlaşdırır. Qurultaydan sonra ona olan ictimai təzyiq daha da güclənəcək. Bu gün cəbhəçilər açıq deməsələr də onun apardığı uğursuz siyasətətdən beziblər və təbii ki, qurultaydan sonra onun ətrafı daha da dağılacaq. Parlament seçkisindən sonra isə onun ümumiyyətlə siyasətdə moddan düşməsi tendensiyası o qədər aqqressiv olacaq ki, özü də siyasətdən geri çəkilməyin və yerini daha perspektivli insanalra verməyin zərurətini anlamış olacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB