Şahin İsmayılov: "Ağalarının əmri ilə guya seçkini boykot etdilər" AÇIQLAMA
"Avropa Parlamentinin məlum qətnaməsi əsasən mövsümi xarakter daşıyır. Biz adətən mövsümi xarakter dedikdə təbiət hadisələrini nəzərdə tuturuq, lakin əfsuslar olsun ki, Avropa Parlamenti və bir sıra bu kimi qurumlar Azərbaycanda seçkilər və ya dünya əhəmiyyətli böyük tədbirlər olan zaman bu kimi əsassız qətnamələr qəbul edərək müəyyən çaşqınlıq yaratmağa cəhd göstərirlər. Əgər biz növbəti illərin təqviminə nəzər salsaq, bu kimi qurumların hansı bəyanatlar verəcəyini təqribən müəyyənləşdirə bilərik.Yaxın keçmişdə sadə bir araşdırma aparmaqla söylədiyimiz fikirlərin əsaslı olduğunu görərik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, qətnaməyə nəzər salan zaman onun bütövlükdə Avropanın özünün xarici siyasətinə, enerji təhlükəsizliyinə tamamən zidd, Azərbaycan kimi strateji əhəmiyyətli bir dövlətlə münasibətlərin gərginləşməsinə yönəlmiş bir sənəd olduğunu müəyyənləşdiririk: "Bəs əssasız, Avropa Parlamentinin səlahiyyətlərinə aid olmayan bu kağız parçasının qəbul olunmasının səbəbi nədir? Düşünürük ki, burada bir neçə səbəbi daha çox önə çıxarsaq yanılmış olmarıq.
Birincisi, dünyada baş verən siyasi və iqtisadi katakilizmlərə baxmayaraq Azərbaycan çox dinamik, davamlı inkişaf edir və ölkədə siyasi stabillik hökm sürür.
İkincisi, Avropanın özündə islamafobiyanın odluqca yüksək səviyyədə olduğu halda, etnik tərkibinin rəngarəng olan Azərbaycanda dinlər və millətlər arasında münasibətlərin dünya miqyasında nümunəvi səviyyədədir.
Üçüncüsü, Azərbaycanın xarici qüvvələrin təsir cəhdlərinə əhəmiyyət verməyərək müstəqil xarici siyasət yürütməsi və burada Azərbaycan dövlətinin, xalqının maraqlarının əsas götürülməsi.
Dördüncüsü, Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prispində israrçı olması və ərazi güzəşti məsələsindəki qətiyyətli mövqeyi.
Beşincisi, müxtəlif sərsəm siyasi bəyanatlar verilməsinə, boykot çağırışlarına baxmayaraq, Azərbaycanın tarixdə Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi və Avropanın idman tarixinə bir ilkin Azrəbaycanda yazılması.
Altıncısı, Avropa Parlamentin rüşvətə bulaşmış bir qurum olması. Heç şübhəsiz, bu qurumun sözügedən qətnaməsinin qəbul olunmasında bədnam qonşularımızın əvvəzsiz xidmətləri var. Bundan əlavə, Avro Parlament sözügedən qətnamənin qəbulundan sonra özünün Azərbaycandakı əlaltılarına milyonlarla avro ötürəcək və silinməsi çox asan olan həmin vəsaitlər hesabatsız müəyyən dairələrin və qurumlarin şəxsi hesablarına yönələcək. Bununla Avro Parlament növbəti siyasi biznesinin əsasını qoyacaq.
Yeddincisi və məncə, ən əsası xalq və hakimiyyət arasında olduqca güclü bağların olması və ölkə Prezidentinə xalqın sevgisidir. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyini qoruduqca, Azərbaycan dövlətinə və onun Prezidentinə heç bir xarici qüvvə təsir edə bilməyəcək".
Ş.İsmayılov əlavə edib ki, Avropa Parlamentin qətnaməsindən dərhal sonra Azərbaycanda bir sıra partiyalar seçkiləri boykot etdiklərini elan etdilər: "Onsuz da heç bir elektoratı olmayan bu partiyaların seçkilərdə şansı sıfıra bərabər idi. Amma onlar buna baxmayaraq, öz varlıqlarını hər hansı bir formada göstərməyə çalışırdılar. Lakin ağalarının əmri ilə onlar guya seçkini boykot etdilər. Boyunduruqdan kənara çıxa bilməyən bu dırnaqarası siyasətçilərə sual vermək istəyirəm, avropalılar Azərbaycanı bizdən çoxmu sevrir?!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB