Milli Məclisin deputatı Sahibə Qafarova Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasıyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. SİA-nın məlumatına görə, MDB Parlamentlərarası Assambleyasının və Rusiya Federal Məclisi Federasiya Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən toplantı "Sülh, harmoniya və sosial rifaha doğru" mövzusuna həsr olunub. Yığıncaqda sosial təhlükəsizlik, davamlı inkişaf, tərəqqi naminə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Forum çərçivəsində bir sıra seminar və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Millət vəkili tədbirlərdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 25-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB