“Bu vəziyyət müxalifətin radikal qanadı üçün nümunədir” MÜNASİBƏT
"Pənah Hüseyn hər zaman müxalifət düşərgəsində özəl düşüncəsi ilə seçilən şəxslərdən olub. Bizim onunla siyasi düşüncəmiz üst-üstə düşməsə də, amma bu halda onu dəstəkləyirəm". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Xalq Partiyasının sədri Pənah Hüseynin "Azadlıq 2015" seçkilərdən imtina etsə də, mən sona kimi iştirak edəcəyəm fikirlərinə münasibətini açıqlayarkən deyib.
Elşən Musayev bildirib ki, seçkini baykot etmək heç bir siyasi təşkilata, siyasətçiyə başucalığı gətirməz: "Çünki siyasətçinin əsas hədəfi elə seçkilər olmalıdır. Özünü siyasətçi hesab edən hər bir fərd seçki meydanında olmalı, meydanda mübarizə aparmalıdır. Seçki olmadan ancaq meydanda pafoslu danışıq, görüntü qalır. Yəni seçki əslində siyasi partiyanın gücünü müəyyən edən elementdir. Ona görə də seçkiləri baykot etmək istər radikal müxalifətdə, istərsə də konstruktiv müxalifətdə olsun fərqi yoxdur siyasətçiyə yaraşan hal deyil. Bu baxımdan da hesab edirəm ki, Pənah Hüseyn tamamilə düz addım atıb. Seçkiyə qatılmaq, gücünü sınamaq lazımdır. Bu gün bu hal radikal müxalifət düşərgəsi üçün nümunədir. Pənah Hüseyn özü düşünür ki, əgər bir dəfə demokratik seçki yolu ilə parlamentdə oturubsa, deməli yenə də seçilə bilər. Arzu edirəm ki, Azərbaycan müxalifətində hər kəs bu cür düşünə bilsin. Müsavat, AXCP bu konteksdə nə düşncədədir, bu artıq onların qərarıdır".
Qeyd edək ki, Xalq Partiyasının sədri Pənah Hüseyn noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB