Ellada Məmmədli Arif Hacılının iç üzünü açıb tökdü

Ellada Məmmədli Arif Hacılının iç üzünü açıb tökdü

"Ümumiyyətlə Arif Hacılı insanlarla davranışında kobud adamdır. Rəhbər kimi birləşdirici, idarəedici xüsusiyyətlərə malik deyil. Ona görə də hər gün Müsavat partiyasından istefa edənlər olur". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli Müsavatdakı istefalarla bağlı danışarkən deyib.

Ellada Məmmədli qeyd edib ki, müsavatçılar Arif Hacılını rəhbər kimi qəbul edə bilmirlər: "Buna səbəb də onun şəxsi keyfiyyətləridir. O, intriqaçı , qrupbaz, sözünə etiraz edənlərə düşmən kəsilən bir şəxsdir. Siyasətçiyə yaraşmayan, dağıdıcı qüvvədir. Əgər bir çoxları müsavatçılıq ideologiyasına görə partiyada qalıblarsa, onlar da bu gün, sabah istefa verəcəklər. Arif Hacılının yürütdüyü yarıtmaz siyasət hələ çoxlarını istefa verməyə məcbur edəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə