"AXCP-ni yaxşı gələcək gözləmir" MÜNASİBƏT

"AXCP-ni yaxşı gələcək gözləmir" MÜNASİBƏT

"İstər AXCP-də, istərsə də Müsavatda baş verən neqativ hadisələr bütünlüklə partiya üzvlərini narahat edir. Çünki sözügedən siyasi partiyaların müəyyən qədər cəmiyyətdə nüfuzu olub. Təəssüf ki, son vaxtlar səf idarəetmə, siyasi ambisyalar nəticəsində hər iki partiya iflasa uğrayıb". Bu fikirləri SİA-ya "Ağ Blok"un təmsilçisi Tural Abbaslı son zamanlar müxalifət düşərgəsində gedən proseslərə münasibətini açıqlayarkən deyib.

Tural Abbaslı qeyd edib ki, Müsavat partiyası artıq bir ildir qurultay keçirib, amma orada nəinki inkişafdan söz gedə bilməz, hətta olduğu kimi də qalmayıb: "Qurultaydan bu yana heç nə dəyişmədi. Parçalanmaların qarşısını almaq üçün Müsavat rəhbərliyi heç bir addım atmadı, əksinə gedən prosesləri inkar etdi. Nəticədə isə çox pis bir mənzərə ilə qarşıya-qarşıya qaldıq. Ümüd edirəm ki, nə zamansa Arif Hacılı yalnış siyasət yürütdüyünü etiraf edəcək və partiya hazırkı kritik vəziyyətindən çıxa biləcək".

Tural Abbaslı həmçinin AXCP-nin qurultayına da münasibət bildirib. O deyib ki, AXCP-də də eyni proseslər baş verir: "Ona görə də hesab edirəm ki, AXCP-nin qurultayından sonra da eyni vəziyyət yaranacaq. Müsavatdakı vəziyyətlə AXCP-nin vəziyyətində yalnız bir fərq var, o da biri hər zaman öz fikirlərini, gedən prosesləri mətbuata açıqlamaqdan çəkinməyib, digəri isə əksinə. Bu gün baxsaq açıq şəkildə görərik ki, Əli Kərimlinin simasında AXCP-ni heç də yaxşı gələcək gözləmir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə