"Müxalifət çox gözəl bilir ki, onların bu seçkilərdə qalib olmaq şansları yoxdur". Bu sözləri SİA-ya "Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov açıqlamasında deyib.
Onun sözlərinə görə, "Milli Şura"nın Azərbaycanda keçirilən parllament seçkilərini baykot qərarı Avropa Parlamentinin qəbul etdiyi qərar ilə üst-üstə düşür: ""Milli Şura" yaranan zaman həmin qurumda təmsil olunanlar milli dəyərlərin qurulması kimi məsələlərdən danışırdılar, ancaq zaman keçdikcə iç üzlərini açıb göstərdilər". Azərbaycanda keçiriləcək parlament seçkilərinə kölgə salmaq üçün onlar xaricdən, "Milli Şura" isə daxildən birgə fəaliyyət göstərir. Bu gün heç kəsə sirr deyil ki, "Milli Şura" fəaliyyətsiz bir quruma çevrilib, yarandığının 5 faizi belə qalmayıb. O cümlədən də, adı çəkilən qurumun cəmiyyət içərsində də dəstəyi yoxdur. Müxalifət çox gözəl bilir ki, onların seçkilərdə qalib olmaq şansları yoxdur. Ona görə də, "Milli Şura"da təmsil olunanlar bu cür yersiz hərəkətlərə əl atırlar".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB