Miqrantları daşıyan qayıq batıb 13 nəfər ölü

Miqrantları daşıyan qayıq batıb 13 nəfər ölü

Türkiyə sahillərində miqrantları daşıyan qayıq gəmi ilə toqquşub. Nəticədə 13 nəfər həyatını itirib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Məlumata əsasən, qayıq Çanaqqala limanından Yunan adası Lesbosaya doğru hərəkət edirdi. Gəmidə ümumilikdə 46 nəfər olub, onlardan 13-ü ölüb, 20 nəfəri isə xilas olunub, qalan 13 nəfər isə itkin düşüb. Ölənlərdən 4 nəfəri uşaq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə